Onlayn ictimai-siyasi qəzet
"Son 3 ildə Ermənistana dəymiş fəlakətli zərərlər yeni itkilər gətirib. Bu il biz əvvəllər bəyan etdiyimiz təhdidlər və təhlükələrin bir daha təsdiqləndiyi bir atmosferdə yaşayırıq".
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər yerli jurnalistlərlə görüşündə "Daşnaksütyun" partiyasının lideri, revanşist siyasətçi Armen Rüstəmyan tərəfindən səslənib.
"Artıq Qarabağda erməni qalmayıb, indi isə Ermənistan türkləşmə yoluna gedir", - deyə Rüstəmyan bildirib.
Onun sözlərinə görə, hakimiyyətin iş üslubu məğlubiyyətçilik və qeyri-real sülh üçün güzəştlərdir, bunun "qaranti"si isə Türkiyə və Azərbaycan tandemi olacaq.
Musavat.com
10 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ