İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağa qayıtmaq istəyən ermənilərin Qərb virusuna yoluxmuş arzusu

Qarabağdan gedən ermənilər geri dönmək istəyirlər. Təqdirəlayiq arzudur. Sadəcə bu arzu erməni virusuna yoluxub. Virus düşüncəli ermənilər aksiya keçirərək Qarabağda erməni mədəni irsinin qorunmasını, hüquqlarının müdafiəsini və təhlükəsiz qayıdışlarının təmin olunmasını tələb ediblər. İlk baxışdan sağlam tələbdir, bəs virus bu tələblərin harasında gizlənib? Cavab: tam beyin mərkəzində.

Əsaslandıraq:

Qarabağda erməni mədəni irsinin bir daşına belə, toxunulduğunu göstərən fakt yoxdur.

Qarabağ ermənilərinin hüquqlarını necə səliqəli şəkildə qoruduğumuzu onlar Azərbaycan ərazilərini könüllü tərk edərkən bariz şəkildə sübut etmişik, hətta "getməyin, qalın" deyərək vətəndaşımız olan etnik erməniərə ən doğru yolu da göstərmişik.

Təhlükəsiz qayıdışın bünövrəsini elə Azərbaycan qoyub. Ermənilər Qarabağı tərk etməmişdən öncə işğalda saxladıqları bütün əraziləri minalayıblar. Azərbaycan hazırda həmin minaları təmizləyərək öz qaçqınlarının ata-baba yurdlarına qayıdışını təmin etməklə yanaşı, geri dönmək istəyən ermənilərin də təhlükəsizliyinə qarant durmuş olur.

Bunca diqqət və qayğınının qarşılığında ermənilərin regiona virus yaymalarını necə başa düşək?

Cavab sadə və yeganədir: Cənubi Qafqazda Ermənistandan qonşu dövlətlərə qarşı maşa düzəldən Qərb Azərbyacanın 30 illik işğala son qoyması nəticəsində özünün regional siyasətdə iflasa uğraması ilə barışa bilmir. Uzaqmənzilli raketlər almamışdan öncə uzaqgörən siyasət yürütmək daha doğru olardı, cənab Qərb. Uzağı vurmaq planından əvvəl gərəkdir ki, uzağı dəqiqi görəsən. İndi Avropa İttifaqı Missiyasının əlinə binokl verib küçəyə salmaqla uzağı görmək mümkün deyil. Binokl 30 illik məsafəni göstərə bilməz.

Bəs ən doğru çıxış yolu nədir?  

Yenə cavab sadədir: Görməyən gözlərinizi Cənubi Qafqazdan çəkin, Azərbaycanla Ermənistanın qurduğu yeni münasibətlərin region ölkələrinin dəstəyi ilə çiçəklənməsini gözləyin. Pöhrələyən ağaca balta vurmazlar.

Dilinizin ucunda ilişib qalan arxiaik ifadələri də ya çölə tullayın, ya udun getsin. Hər iki halda xaric olacaq, sizin də canınız dincələcək, virusa yoluxan ermənilərin də.

Düşdüyünüz xülyadan da ayılın. Regionun heç bir dövləti Qərbin bu ərazilərdə hegemon olmasına razılıq verməyəcək. Ayağınzı qoyduğunuz yerdə gül bitmir, sözün əsl mənasında kül törəyir. Ukrayna, Ermənistan, Qəzza misalı…

P.S. İrəvanın "Azadlıq" meydanında keçirilən "Qayıdış" aksiyasında virus ermənilərdən biri belə deyib:  "Arsaxa, Azərbaycanın tərkibində olmayan Arsaxa getmək lazımdır".  Çürük mif qurbanı bədbəxt məxluq, Arsax nəinki Azərbyacanın, heç kainatın tərkibində yoxdur. Belə qondarma ərazinin yaradılmasına imkan verməməsi Azərbaycanın erməni xalqını təhlükədən qurtarması deməkdir. Tarixdə heç bir ölkə sizə bu səviyyədə yaxşılıq etməyib.  

Ceyhun Musaoğlu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR