Onlayn ictimai-siyasi qəzet
Kevin Medina, Bəhlul Mustafazadə və Bədavi Hüseynovun zədələnməsindən sonra mərkəz müdafiəçisi axtarışına çıxan "Qarabağ" istəyinə çatıb.
"Köhlən atlar" stoper mövqeyində yaranmış boşluğu "Sumqayıt"ın üzvü Elvin Bədəlovla dolduracaq.
Artıq tərəflər arasında böyük ölçüdə razılıq əldə olunub.
Ağdam təmsilçisi hazırda "Kimyaçılar"la müqaviləsi olan Bədəlova görə əlavə xərcə düşməyə belə hazırdır. Son anda nəsə baş verməsə, qış fasiləsindən sonra 29 yaşlı futbolçu karyerasını "Qarabağ"da davam etdirəcək.
"Zenit"in yetirməsi daha əvvəl "Sabah" və "Neftçi"nin formasını da geyinib. O, Azərbaycan millisində 9 matç keçirib. (sportinfo.az)
23 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ