İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qarabağ" qapıçısını Norveçə aparmadı - SƏBƏB

UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda "Molde"nin qonağı olacaq "Qarabağ" futbolçularından birini Norveçə aparmayıb.

Bu, qapıçı Amin Ramazanovdur.

Ramazanov zədə səbəbindən Bakıda qalıb.

Ağdam təmsilçisi bir saat öncə çarter reysi ilə Heydər Əliyev Beynəlxalq Hava Limanını tərk edib.

Noyabrın 30-da keçiriləcək "Molde" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hazırda hər iki komandanın hesabında 6 xal var. (fanat.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR