İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qarabağ" klubu 2000 manat CƏRİMƏLƏNDİ

AFFA İntizam Komitəsi "Qarabağ" klubunu 2000 manat cərimələyib.

Buna Ağdam təmsilçisinin Misli Premyer Liqasının XVI turunda "Sabah"la heç-heçə (1:1) etdiyi matçda yaşananlar səbəb olub.

"Köhlən atlar" azarkeşlər pirotexniki vasitədən istifadə etdiyinə görə 1500 manat ziyana düşüb.

Ağdam təmsilçisi sözügedən qarşılaşmada fanatlar tərəfindən təhqiramiz ifadələr səsləndirildiyi (bu hal cari mövsümdə ikinci dəfə yaşanır) üçün 500 manat ödəyəcək.

"Səbail" klubu isə 700 manat cərimə olunub. "Dənizçilər"in 4 üzvü "Araz-Naxçıvan"a 0:2 hesabı ilə uduzduqları görüşdə sarı vərəqə ilə cəzalandırılıb.//Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR