İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qarabağ"da daha bir itki

UEFA Çempionlar Liqasının pley-off mərhələsində çıxış edən "Qarabağ" daha bir itki ilə üzləşib.

Oxu.Az xəbər verir ki, "köhlən atlar"dan Julio Romao Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında forma geyinməyəcək.

Azərbaycan çempionunun aparıcı futbolçusu cəzalı duruma düşüb. O, Zaqreb "Dinamo"su ilə Xorvatiyadakı görüşdə sarı vərəqə alıb. Bu, braziliyalının mövsümdə 3-cü xəbərdarlığı olub. Bu səbəbdən də Romao "Dinamo" ilə avqustun 28-də Bakıda keçiriləcək görüşdə forma geyinməyəcək.

Xatırladaq ki, "Qarabağ" səfərdə 0:3 hesabı ilə uduzub.

Qeyd edək ki, "Qarabağ"ın heyətində daha öncə iki futbolçusu Marko Yankoviç və Veşoviç zədə səbəbindən komandaya "Dinamo Zaqreb"lə görüşdə kömək edə bilməmişdi.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR