Onlayn ictimai-siyasi qəzet
UEFA Avropa Liqasında klubların əldə etdiyi gəlirlər bəlli olub.
"Football Meets Data"nın yaydığı məlumata əsasən liqa mərhələsində çıxış etmiş 36 komandanın qazandığı gəlirlər bəlli olub. Ən çox qazanca 1/4 finala vəsiqə qazanmış komandalardan biri "Mançester Yunayted" sahib çıxıb: 25 220 000 avro.
Liqa mərhələsində Azərbaycanı təmsil etmiş "Qarabağ" isə 12 153 000 (12 milyon 153 min) avro əldə edib.
Qeyd edək ki, "Qarabağ" cari mövsüm bu mərhələdə 8 oyun keçirib, 7 məğlubiyyət və 1 qələbə yaşayıb. Ağdam təmsilçisi 3 xalla 36 komanda arasında sonuncu olub. (Offsideplus.az)
15 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ