Onlayn ictimai-siyasi qəzet
Polşa sakinlərinin əksəriyyəti hesab edir ki, respublikanın şərq sərhədini qoruyan hərbi qulluqçuların və sərhədçilərin ölkəyə daxil olan qanunsuz miqrantlara atəş açmaq hüququ var.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bunu “Rzeczpospolita” qəzetinin sifarişi ilə IBRiS sosioloji mərkəzinin keçirdiyi sorğunun nəticələri sübut edir.
Araşdırmaya görə, bu fikri sorğu iştirakçılarının 85,7%-i bölüşür. Respondentlərin 10,7%-i əks fikirdə olub, 3,6%-i bu suala cavab verməkdən imtina edib.
Hərbi qulluqçulara miqrantlara atəş açmaq hüququnun verilməsi ideyasının ən güclü tərəfdarları 50 yaşdan yuxarı kişilər (90%) və kiçik şəhərlərin sakinləridir (91%).
Sorğu 7-8 iyun tarixlərində bütün Polşada 1071 respondentin iştirakı ilə keçirilib.
Musavat.com
30 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ