Onlayn ictimai-siyasi qəzet
Ermənistanda Srbuhi Qalyan baş prokurorun müavini vəzifəsindən azad edilib.
Musavat.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Xatırladaq ki, hakim “Vətəndaş sazişi” partiyasının idarə heyəti Ermənistan Respublikasının ədliyyə naziri vəzifəsinə Srbuhi Qalyanın namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edib.
2020-ci il sentyabrın 1-də o, Ermənistan Respublikası baş prokurorunun müavini təyin edilib. Yerli medianın yazdığına görə, Qalyan prokurorluqda qanunsuz mənşəli əmlakın müsadirəsi sahəsini koordinasiya edib.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ