Onlayn ictimai-siyasi qəzet
Azərbaycan milli komandasının Bolqarıstanla keçirilən matçı üçün futbolçulara böyük məbləğdə pul mükafatı vəd olunubmuş.
AFFA-nın hazırkı prezidenti Rövnəq Abdullayevin təşəbbüsü ilə milli komandanın futbolçuları və məşqçi heyətinin hər birinə 40 min manat mükafat veriləcəkmiş.
Lakin “FİFA series – Edition 2024” layihəsi çərçivəsində keçirilən bu oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb və milli üzvləri ən azı 40 min manat mükafatdan məhrum olublar.
Qeyd edək ki, bu, AFFA prezidenti Rövnəq Abdullayevin rəhbərliyi dövründə Azərbaycan milli komandasının sonuncu oyunu olub. Aprelin 2-də AFFA prezidentliyinə seçkidə R.Abdullayev namizəd olmayacağını açıqlayıb.
Xatırladaq ki, bu ildən ilk dəfə təşkil olunan “FİFA series – Edition 2024” yarışı 4 ölkədə keçiriir. Onlardan biri də Azərbaycandır. Onu da əlavə edək ki, ötən dövr ərzində Azərbaycanda qadınlar arasında U-17 dünya çempionatı, 2019-cu ilin Avropa Liqasının finalı (“Çelsi” – “Arsenal”) və Avro-2020-ün final mərhələsinin 4 oyunu Bakıda keçirilib. (qol.az)
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ