Onlayn ictimai-siyasi qəzet
"Qalatasaray" Saşa Boeyin satılmasından sonra sürətlə sağ cinah müdafiəçisi axtarışlarına başlayıb və özünə yeni oyunçu tapıb.
BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, Assignon və Senaya kimi bir çox gənc ada üstünlük verən "sarı-qırmızılılar" indi təcrübəli Serj Aurierlə bağlı qərar verib.
Fil Dişi Sahilli futbolçu ölkəsi ilə Afrika Kubokunda mübarizə apararkən "Qalatasaray" transferi final mərhələsinə gətirib.
Məlumata görə, klub rəsmiləri bu məlumatı təsdiqləyib. İstanbul təmsilçisi təcrübəli sağ cinah müdafiəçisi "Nottingem Forrest"lə razılığa gəlib.
Futbolçunun komandası ilə müqaviləsi mövsümün sonunda başa çatır.
Həmçinin bildirilir ki, təcrübəli futbolçunun təmsilçisinin sarı-qırmızılı rəhbərlikdən yarım mövsüm üçün 2 milyon, növbəti mövsüm üçün isə 4 milyon avro tələb etdiyi öyrənilib.
Qeyd edək ki, Fransa vətəndaşlığı da olan futbolçu 2017-ci ildə 23 milyon funt-sterlinqə "Tottenhem"ə transferi ilə gündəmə gəlib.
31 yaşlı futbolçusu karyerasına "Lens" klubunda başlayıb.
25 Noyabr 2024
08:25 Ermənistan şirkətləri Rusiyaya qızıl ticarətinə qoyulmuş sanksiyadan yan keçməyə kömək edirlər
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ