İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qadınlar fiqurasını düzəldir, amma ağlını yox” - Rəşid Mahmudov

“Estetik əməliyyatlar Allaha qarşı üsyandır, ağılsızlıqdır. Allah adamı necə yaradıb, elə də olmalıdır. Bu, qadınların axmaqlığı, zəka gerililiyidir”.

Bunu Musavat.com-a açıqlamasında tanınmış həkim Rəşid Mahmudov deyib.

“Qadınlar fiqurasını düzəldir, amma ağlını yox. Heç görmüsünüzmü, bir adam gəlib desin ki, mənim ağlımı düzəlt. Müsəlmana belə şeylər yaraşmır. Bu, inkişaf demək deyil, əksinə, əqli gerilikdir. Özlərinə burun, qulaq, buynuz düzəltdirirlər. Normal adamlar belə şeylər etməz.

Xanımlarımız öz zəkaları üzərində işləmir. Bunun əvəzində gedib gözlərinin rəngini dəyişirlər. Ayıbdır, gələcəkdə bunun altını çəkəcəklər. Qadınlarımız milləti korladı”, - o bildirib.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR