İnsanlara hürriyət, millətlərə istiqlal!

Qadının qətlinə görə 11 il cəza verilən şəxs bəraət aldı

Şəki Apellyasiya Məhkəməsində qətldə təqsirləndirilərək 11 il azadlıqdan məhrum edilən Polad İsmayılovun apelyasiya şikayətinə baxılıb.

Musavat.com-un məlumatına görə, hakim Rövşən Rəfiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Məhkəmənin qərarı ilə P. İsmayıovun cinayəti sübuta yetirilməyib və o na bəraət verilib.

Qeyd edək ki, P. İsmayılov məhkəmənin hökmü ilə 2 il 10 ay həbsdə yatıb.

Xatırladaq ki, 2011-ci ilin fevral ayında Zaqatala rayonunda, rayon sakini, 61 yaşlı Əyyubova Seyran Şakir qızı yaşadığı evdə qətlə yetirilib. Faktla bağlı başlanmış cinayət işi 9 il bağlı qalsa da, sonradan P. İsmayılov S. Əyubovanın qətlində təqsirləndirilərək həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilib.

Samir Əli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR