Onlayn ictimai-siyasi qəzet
Məlum olduğu kimi, Böyük Fransa inqilabı monarxiyanın devrilməsinə, respublikanın yaranmasına səbəb oldu.
Əhali qəzəblə aristokratların və kral ailəsinin qanlarını istəyirdi. İnqilabçı terrorunun əlindən həlak olanlar arasında markiza de Lambal da var idi. Bu səxavətli madamın ölümü o dərəcə qorxunc idi ki, bir sıra orta əsr vəhşilikləri bu hadisə ilə müqayisədə kölgədə qalır.
Milli.az "sentyabr ölümləri" kimi tarixə düşən, 20 mindən artıq başın bədəndən üzüldüyü günlərə Versal sarayının şahzadə-xanımı markiza de Lambalın simasında işıq salır.
Mariya-Luiza-Tereza italyan şahzadəsi Karinyanonun və hessens şahzadəsi Kristina-Henriyettanın qızı idi. 18 yaşında qızı markiz de Lambala ərə verirlər, lakin evlilik həyatından həzz almaq ona müvəffəq olmur. Yeni evlənən bəy - gənc Markiz de Lambal 19 yaşının olmasına baxmayaraq, artıq bütün Fransada öz əxlaqsızlığı ilə məşhur idi. Markizin valideynləri ümid edirdilər ki, evlənərək o, ciddiləşəcək, amma bu, belə olmadı. De Lambal toyundan yarım il sonra sifilisdən öldü...
Dul qalan qadın böyük mirasa sahib olur, amma onu bu cah-cəlal az maraqlandırırdı. Markiza de Lambal monastra getməyə hazırlaşırdı, lakin markizanın qayınatası Hersoq de Pentyevr dul qadını dünya həyatında qalmağa inandırdı. Birlikdə onlar fəal xeyriyyəçiliklə məşğul olmağa başladılar. Bir müddətdən sonra sadə xalq onu "Pentyevrin mələyi" adlandırırdı.
Mariya-Antuanetta XVI Lyudovikin xanımı olandan sonra markiza de Lambalı saraya yaxın edir və onu bir növ təsərrüfat müdiri təyin edir. Qadınlar çox yaxın dost olurlar. Bir müddətdən sonra daimi saray intriqaları markizanı yormağa başlayır, bu səbəbdən o, Versalda nadir hallarda görünməyə başlayır.
Bu arada, Fransa kraliçasından narazılıq get-gedə artırdı. Xalq çox bədxərc olduğu üçün Mariya-Antuanettaya nifrət edirdi.
İnqilabi hadisələr başlayan zaman, markiza de Lambal xaricdə müalicədə idi. Fransada nə baş verdiyini bilən kimi sədaqətli xanım, dərhal rəfiqəsi kraliçaya yardım etmək üçün ölkəyə qayıdır. Kral ailəsinin qaçışı zamanı de Lambal öz dincliyində yatmışdı. Axşam Mariya-Antuanetta onun otağına daxil olur və məktub qoyur. Məktubda o, de Lambalın təcili Fransanı tərk etməsini xahiş edir və tezliklə xaricdə görüşəcəklərinə ümid edirdi. Markiza məktubu yalnız növbəti səhər oxumuşdu.
De Lambala qaçmaq müyəssər oldu, amma kral ailəsinin bəxti gətirmədi - onları tutdular. Hələlik bir-birilə məktublaşmaq imkanı var idi, bu baxımdan kraliça markizaya yazaraq yalvarırdı ki, İngiltərədə qalsın. Amma sədaqətli rəfiqə onun xahişini yerinə yetirmir və Fransaya geri qayıdır. Fransaya yola düşərkən markiza vəsiyyətnamə yazır, çünki o anlayırdı ki, artıq İngiltərəyə dönməyə bilər...
10 avqust 1792-ci ildə inqilabçılar Tyuilriyə zorla soxularaq kral ailəsini və 8 saray həvarisini həbs edərək, onları müxtəlif həbsxanalara göndərirlər. Markiza de Lambala La Fors qismət olur.
Markiza de Lambalın üstünə dərhal bir neçə insan hücum edir. Keçmiş bərbər Şarla onun alnını qılıncla yarır, markiza bərk yaralanır. Qadının geyimini cıraraq yol boyu sürüməyə başlayırlar. Yenə də Hersoq Pentyevrin tərəfdarlarından olanlar cəlladlara müraciət edərək onu dərhal öldürmələrini xahiş edirdilər. Çünki madamın uzun müddət əzab çəkməsini istəmirdilər, amma faydasız, onların ağızları qapadılır...
De markiza Lambal mümkün olan bütün vəhşiliklərin qurbanı olur: onu növbə ilə zorlayır, uzun müddət ələ salır, sonra döşlərini kəsirlər. Qana susamış camaat kənardan bu eyş-işrəti dəstəkləyirdi. Sonda Qəssab Qrizo madamın başını kəsir və dəhşətli sentrabr gününün səhərisi isə daha qorxunc yön alır...
Səhər oyanan bütün şəhər sakinləri qorxunc mənzərə ilə qarşı-qarşıya idilər. İnqilabçılar La Fors həbsxanasından hərəkət edirdilər. İrəlidə Şarla gedirdi və əlində markizanın başını aparırdı. Arxasınca bədbəxt madamın ürəyini və digər orqanlarını əllərində aparan barbar camaat gedirdi. Quduzlaşma və cəzasızlıq bu insanlarda ən alçaq instinktləri açıq şəkildə nümayiş etdirirdi.
Xalqın belə davranmasının səbəbi, kraliça Mariya-Antuanettaya onun sevimli rəfiqəsinin aqibətini göstərmək idi. Yolda onlar dəlləkxanaya girərək, qorxudan tir-tir əsən bərbərə markizanın kəsimiş başını bayram abu-havasına - hədiyyə formasına salmasını əmr etdilər. Beləliklə, saçlar qandan yuyuldu, saç düzümü "qaydaya salındı" və üz pudralandı. Mənfur camaat kral ailəsinin saxlanıldığı Tampl qalasına hərəkətə başladı.
Onlar hər pəncərəyə yaxınlaşaraq kəsilmiş başı içəridə olanlara nümayiş etdirirdilər. Soyuqqanlılığı ilə tanınnan kraliça Mariya-Antuanetta pəncərənin arxasında qorxunc mənzərəni görər-görməz, dözmədi və huşunu itirdi.
Kraliça Mariya-Antuanetta özü isə o vaxtın ən məşhur edam aləti gilyotin bıçağının altında edam olundu.
20 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ