Onlayn ictimai-siyasi qəzet
Aparıcı Aytən Səfərova qadınların hədiyyə seçimləri ilə bağlı fikirlərini bölüşüb.
O, həmkarı Mehman Rəsulovun "Qadınlar ən çox hansı hədiyyəni istəyir?" sualına cavab verərkən güclü çiyinin əvəzsiz olduğunu bildirib.
"Bir qadın üçün ən böyük hədiyyə güvənə biləcəyi, tam rahatlıqla başını söykəyə biləcəyi çiyindir. Çünki bu, əminlik və güvən hissi verir. Bugünkü dövrdə bu, ən qiymətli hədiyyədir. Güllər, digər bahalı hədiyyələr bunun yanında heç nədir. Ən vacibi isə insanın səni dəyərsiz hiss etdirməməsi, başqa birinin ayağına atmamasıdır. Bu, pulla alınacaq bir şey deyil. Əgər qadın bu güvəni tapmırsa, nə qədər hədiyyə alsa da, xoşbəxtliyi uzun sürməyəcək".
Aparıcı kişilərin bəzi hallarda küskünlük etdiyini də vurğulayıb: "Bəzən elə kişilər var ki, küsəndə düşünürsən ki, indi bir hədiyyə alıb gedim, anasının sevimli balasının könlünü alım. Evdə bir cür davranır, amma çöldə hamı ona böyük hörmətlə yanaşır. Gül buketləri ilə evə gəlir, amma həyat yoldaşına cəmi üç ədəd güllə yetinir. Allah bütün qadınlara güvənə biləcəkləri güclü çiyin qismət etsin. Çünki elə kişi varsa, ona heç nəyi xatırlatmağa ehtiyac yoxdur – o, nəinki 8 Martda, il boyu diqqətini və sevgisini göstərəcək"./Yenisabah.az
09 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ