İnsanlara hürriyət, millətlərə istiqlal!

Qadın futbolçunu öpən federasiyanın keçmiş prezidentini ağır cəza gözləyir - VİDEO

İspaniya Futbol Federasiyasının keçmiş prezidentinə ağır cəza verilib.

Məlumata görə, Avstriyada keçirilən futbol üzrə qadınlardan ibarət milli komandaların Dünya Çempionatında qalib gələn İspaniya seçməsinin futbolçusu Cennifer Ermosonu öpən Luis Rubiales 500 min avro cərimə ödəməli olacaq.

Bundan başqa keçmiş federasiya prezidentinə qadın futbolçulara 200 metrdən az yaxınlaşmaq qadağası qoyulub.

Qeyd edək ki, İspaniya məhkəməsi Luis Rubialesə 500 min avroluq cəzanı ödəməsi üçün bir həftə vaxt verib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR