İnsanlara hürriyət, millətlərə istiqlal!

Qadın açıq kanalizasiyaya düşdü, kameralar hər şeyi çəkdi - VİDEO

Perunun Ankon şəhərində bədbəxt hadisə baş verib.

Musavat.com xəbər verir ki, bir qadın mototaksidən düşdükdən sonra, yanında olan iti ilə birlikdə açıq qalmış kanalizasiya quyusuna yıxılıb.

Məlumata görə, telefon xətti üçün qazılmış quyuya düşən qadın, təhlükəsizlik kamerasının qeydə aldığı görüntülərdə açıq şəkildə görünür.

Hadisənin səbəbi yerində möhkəm bərkidilməmiş kanalizasiya qapağı olub.

Hadisə yerində olan mototaksi sürücüsü və ətrafdakı insanlar dərhal qadına kömək etməyə çalışıblar. Bir qonşu onun iti ilə maraqlanarkən, digər bir sakin xilasetmə üçün nərdivan gətirib.

Qurtarma əməliyyatı uğurla başa çatıb və qadın quyudan çıxa bilib. Hadisədən sonra onun bir az axsadığı müşahidə edilsə də, ciddi xəsarət almadığı bildirilir. Lakin onun sonradan tibbi yardım üçün xəstəxanaya aparılıb-aparılmadığı hələ təsdiqlənməyib.

@@TVmusavat/109071@@

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR