Onlayn ictimai-siyasi qəzet
Müge Anlının aparıcılıq etdiyi "Tatlı Sert" verilişində qalmaqallı hadisələrdən biri yaşanıb.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı qadın canlı yayımda 19 yaşlı ögey oğlu ilə qaçdığını etiraf edib.
Əri Umut Yiğit eşitdiklərindən şoka düşüb. Yiğit: "Mən düşünmə qabiliyyətimi itirdim. Bu qadın bu adamdan hamilə qalsa, həyat yoldaşım mənim nəvəmi dünyaya gətirəcək?" deyib.
Ər Umut yaşadıqlarını göz yaşları içində izah edib: "Düşmənlərimdən belə bu pisliyi gözləməzdim. İlk evliliyimdən olan oğlum Mustafa Yitik və 9 illik həyat yoldaşım Tuğçe Akpençe birlikdə qaçıblar. Onlar bu planı 1 il əvvəl qurmağa başlayıblar. Tuğçe məni boşanmağa razı saldı.
Biz ancaq kağız üzərində boşanmışıq. Hər kəs buna şahiddir. Mənim ağlıma belə bir şey gəlmədiyi üçün kiçik qızımı ona verdik. 10 aydır birlikdə olduqlarını öz sözləri ilə etiraf ediblər. Çox acınacaqlı vəziyyətdir. Bəs bu qadın bu adamdan hamilə qalsa, arvadım nəvəmi dünyaya gətirəcək?" - deyə o bildirib.
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ