Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidenti Vladimir Putinlə Belarus lideri Aleksandr Lukaşenko arasında görüş zaman zarafat diqqəti cəlb edib.
Mayın 8-də İkinci dünya müharibəsi ilə bağlı təşkil olunan qələbə paradında iştirak üçün Moskvaya gəlmiş Lukaşenko ilə ev sahibi Putin arasında qısa söhbət olub.
Moskvaya gələn xarici liderlərə Kremldə verilən rəsmi şam yeməyindən əvvəl söhbət zamanı Putin Belarus prezidentini iki dəfə salamlayıb.
Lukaşenkonun “Mən içəri girə bilərəmmi?” sualına cavabda Putin ingilis dilində "Welcome!" ("Xoş gəlmisiniz!") deyib.
Lukaşenko zarafatla təəccübləndiyini ifadə edəndə Putin onu yenidən, bu dəfə "Privet" ("Salam!") deyə rus dilində salamlayıb./Teleqraf/
09 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ