İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin “qış strategiyası”: Bu tarixdə vəziyyət Rusiyanın xeyrinə dəyişir

Ukrayna ilə Rusiya arasında müharibənin fevral ayında başlaması, sərt qış ayları hər iki ölkəni çox çətin vəziyyətə salmışdı.

Musavat.com xəbər verir ki, beş aydan çox davam edən amansız müharibədə ukraynalılar Rusiyanın paytaxt Kiyevi ələ keçirmək və prezident Volodimir Zelenskini devirmək cəhdini dəf etdilər. Şərq cəbhəsi boyunca aparılan hərbi əməliyyatlarda uğursuzluqla üzləşən Rusiya qüvvələrinin ən çox itki verdiyi ərazi Donbas regionudur.

Lakin müharibə indi kritik dönüş nöqtəsindədir. Ekspertlərin fikrincə, döyüş xətlərinin “soyuqdan donmasına” cəmi bir neçə ay qalıb.

Üstəlik, Ukraynanın avropalı müttəfiqlərinə təzyiqlər artır, onlar öz xalqlarını soyuqdan qorumaq üçün Rusiya qazına arxalanırlar.

Hərbi, iqtisadi və siyasi dəstəyin davam etməsi üçün Zelenski ABŞ-a və bütün dünyaya müharibədə qalib gələ biləcəyini göstərməli, cəbhə xəttində qələbə qazanmalıdır.

"Düşünürəm ki, ukraynalıların döyüş qabiliyyətini daha çox nümayiş etdirməsi vacibdir. Bu onların motivasiyasının daha da yüksəlməsini təmin edəcək. Çünki qarşıda bizi çətin qış gözləyir”, - “Britaniyanın ən yaxşı casusu” adlandırılan Türkiyədəki keçmiş səfir Riçard Mur deyib.

PUTİN ŞANSINI BELƏ SINAYACAQ

Görünür ki, Putin “qış strategiyasına” güvənir: Avropa ölkələri yüksək qaz qiymətləri ilə üzləşəcək, Qərb Rusiya ilə bağlı qərarını dəyişəcək və Ukrayna Moskvanın şərtləri ilə razılaşmalı olacaq.

Lakin hazırda döyüş meydanında Rusiyanın itkilərinin sayının 40 mini ötməsi bu ölkə üçün böyük zərbə hesab olunur.

“Biz Rusiyanın döyüş meydanında uğursuzluğa düçar olduğunu, az qazanc üçün çox fədakarlıq etdiyini və öz ölkəsində daxili uğursuzluqlar yaşadığını görürük”, - yüksək rütbəli hərbçi Pentaqonda keçirdiyi brifinqdə deyib.

Sual yaranır ki, qışda torpağın donmasına və Rusiya qüvvələrinin qışa hazırlıq görməsinə qədər Ukrayna nə qədər irəliləyə biləcək?

“Növbəti bir neçə ay bizə göstərəcək ki, ukraynalılar, həqiqətən də öz bacarıqlarından istifadə edib böyük uğurlar qazana biləcəklər, ya yox. Bunun üçün ən azından Rusiya qoşunlarını cənub cəbhəsindən çıxarmalıdırlar”, - deyə, təqaüddə olan general David Petreus bildirib.

Nigar Cəfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR