İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin nüvə hədəsi realdır – ilginc planın detalları - Natiq Cəfərli ilə “Canlı debat”

Rusiya nüvə silahından istifadə edərsə, bunun dəhşətli nəticələri olacaq. Bu barədə NATO Baş katibi Yens Stoltenberq danışıb.

“Onlar bilirlər ki, bunun ağır nəticələri olacaq. Necə reaksiya verəcəyimizi deməyəcəm. Bu, onların hansı kütləvi qırğın silahlarından istifadə edə biləcəyindən asılıdır. Biz bu mesajları göndəririk və açıq şəkildə bildiririk ki, belə hadisələrin inkişafı mümkünsüz olsun”, - baş katib deyib.
Eyni zamanda o qeyd edib ki, nüvə silahından istifadə ehtimalı azdır, lakin potensial nəticələr o qədər böyükdür ki, bu səbəbdən buna ciddi yanaşılmalıdır.

Ümumiyyətlə, Putinin nüvə blefi nəyə əsaslanır? Bunu gerçəkdən blef adlandırmaq olarmı? Yoxsa Putinin son çıxış yolu olaraq nüvə müharibəsini seçməsi inandırıcıdır?

Bu və gündəmdəki digər xəbərlər bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat”da ReAL Partiyasının icra katibi Natiq Cəfərli ilə müzakirə ediləcək. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR