İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin mesajını qulaqlarında əriştə ilə dinləyən deputat HƏDƏFDƏ

Samara Regional Dumasının Reqlament komitəsi Vladimir Putinin bu ilin fevral ayının 21-də Federal Məclisə müraciətini qulağında əriştə ilə izləyən Kommunist Partiyasının deputatı Mixail Abdalkinin partiyadan çıxarılmasını təklif edib.

Musavat.com-un xəbərinə görə, bu gün Samara deputatları Abdalkinin Kommunist Partiyasından çıxarılmasına səs veriblər. Regional parlamentdəki “LDPR” fraksiyasının rəhbəri Aleksandr Stepanov Abdalkinin hərbi xidmətə göndərilməsini təklif edib.

Abdalkin teleqram kanalında bu gün polisə çağırıldığını bildirib.

Qeyd edək ki, bundan əvvəl Dövlət Dumasının Vahid Rusiyadan olan deputatı Aleksandr Xişteyn Abdalkinin cəzalandırılmasını tələb etmişdi. Dövlət Dumasında Kommunist Partiyası fraksiyasının mətbuat xidmətinin rəhbəri Aleksandr Yuşşenko Abdalkinin əməlini “axmaqlıq” adlandırıb və bunun Kommunist Partiyasının Mərkəzi Təftiş Komissiyasından yan keçməyəcəyinə söz verib.

Xatırladaq ki, Mixail Abdalkin “əriştəli” videosunu sosial şəbəkələrdəki şəxsi səhifələrində yayıb. “Mən tam dəstəkləyirəm, tamamilə razıyam, əla performans. Son 23 ildə belə bir şey eşitməmişəm, təəccübləndim”, - deyə Abdalkin hətta belə bir istehzalı şərh də yazıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR