İnsanlara hürriyət, millətlərə istiqlal!

“Putinin aşpazı”na qarşı milyardlıq iddia hazırlanır

Böyük Britaniyanın “McCue Jury & Partners” hüquq firması ukraynalılar adından rusiyalı iş adamı Yevgeni Priqojin və onun qurduğu “Vaqner” özəl hərbi şirkətinə qarşı London Ali Məhkəməsinə iddia hazırladığını elan edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, cavabdehlərdən Ukraynadakı müharibədə iştiraka görə böyük təzminat tələb olunacaq. Bu barədə şirkətin saytında məlumat yayılıb.

Mətndə beynəlxalq ictimaiyyətin muzdlularla effektiv şəkildə mübarizə apara bilmədiyi qeyd olunur. İddia ərizəsində “Vaqner” terror, işgəncə, qətl və qadınlara təcavüzdə ittiham edilir. Şirkətin bildirdiyinə görə, bu məhkəmə prosesi muzdlular vasitəsilə beynəlxalq cinayətlərin törədilməsi ilə bağlı ittihamlardan qaçmağa çalışan rejimlər üçün baş ağrısına çevrilə bilər.

Xəbərdə vəkillərə ödəniləcək vəsaitin ictimai ianə yolu ilə həyata keçiriləcəyi bildirilib. İddia ərizəsində Priqojin və muzdlularından 1 milyard funt təzminat istənilib.

Qeyd edək ki, hələ bu ilin may ayında sözügedən hüquq firmasının əsas ortağı Ceyson Makkyu Rusiya prezidenti Vladimir Putinə qarşı trilyon dollarlıq iddia hazırladığını açıqlamışdı.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR