İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinə Şoyqu və Gerasimovu məsuliyyətə cəlb etmək təklif olunur

Putinə Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovu istefaya göndərməyi məsləhət görülür.

“Ölkə.Az” xəbər verir ki, bu barədə Amerikanın “Bloomberg” nəşri yazıb.

Nəşrin yazdığına görə, Rusiya Federal Təhlükəsizlik Xidmətində (FTX) Rusiyanın döyüş meydanındakı uğursuzluqlarından hələ də ciddi narazılıqlar mövcuddur və bu uğursuzluğa görə Şoyqu və Gerasimovu məsuliyyətə cəlb etmək təklif olunur.

Bloomberg yazır: “Bir çox yerli elita Putinin üsyana zəif reaksiyası, həmçinin Priqojini cəzalandırmaması qarşısında dəhşətə gəldi”.

Qeyd olunur ki, Priqojinin hücumunun əsas obyektləri olan müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimov hələ də öz mövqelərində qalırlar, lakin onların zərərsizləşdirilməsi cəhdi dövlət təhlükəsizliyinin ən mühüm strukturlarında müəyyən dəstək alıb.

Eyni zamanda, nəşr qeyd edir ki, indiyədək Şoyqu və Gerasimovu işdən çıxarmaq üçün ciddi əlamətlər yoxdur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR