İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinə qarşı çıxanların fiziki məhvinə çağırıldı  

Rusiya Dövlət Dumasının Etika Komissiyası deputat Andrey Qurulyovun prezident Putinə etibar etməyən rusların 20%-ni “məhv etmək” təklifini “şəxsi fikir” və “nitq qüsuru” adlandırıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Komissiyanın rəhbəri Valentina Tereşkovanın fikrincə, Qurulyov öz fikrini və şəxsi mövqeyini ifadə etmək üçün hüququndan istifadə edib.

Tereşkovanın cavabı “Vesna” hərəkatının teleqram kanalında dərc olunub, onun abunəçiləri kütləvi şəkildə parlament etikası komissiyası ilə əlaqə saxlayıb, Qurulyova qarşı tədbir görülməsini tələb ediblər.

Qeyd edək ki, bu il oktyabrın 15-də “Rossiya-1” dövlət telekanalının efirində Dövlət Dumasında hakim “Vahid Rusiya” partiyasından olan deputat, general Andrey Qurulyov ölkə prezidenti Vladimir Putinə güvənməyən rusların 20%-ni “məhv etməyi” təklif edib. Onun sözlərinə görə,  hazırkı dövlət başçısına güvənən vətəndaşların ölkə əhalisinin 80%-ni təşkil edir.

“Mən istərdim ki, bizim cəmiyyətimizdə qalan bütün bu çürüklər təcrid olunmasa da, heç olmasa bir şəkildə məhv edilsin",-deyə Qurulyov söyləyib.

Andrey Qurulyov Cənub Hərbi Dairəsinin komandirinin müavini olub. “Novaya qazeta”nın qeyd etdiyi kimi, deputatın “həyat təcrübəsinə” “Vaqner” ÖHŞ ilə sıx əlaqə də daxildir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR