İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinə BÖYÜK ŞOK - Bu şəxs Kremli tərk edir - FOTO

Rusiya Federasiyası Prezidenti Administrasiyasının Dövlət Şurasının işinin təminatı üzrə rəhbəri, Rusiyada keçirilən bütün seçkilərə nəzarət edən Aleksandr Xariçev tezliklə istefa verəcək.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Meduza” saytı məlumat yayıb.

Saytın informasiyasına əsasən, A.Xaricev Rusiya prezidenti Vladimri Putinin 2024-cü il prezidentlik kampaniyasına da rəhbərlik etməli idi.

“Meduza”nın Kremlə yaxın iki həmsöhbətinin bildirdiyinə görə, yüksək rütbəli məmur vəzifəsini “səhhətinə görə” tərk edəcək.

WhatsApp Image 2022-11-25 at 17.37.40.jpeg (48 KB)

Başqa bir mənbəyə görə isə Xariçevin istefasını təhlükəsizlik orqanlarının rəhbərləri tələb edirlər. Həmin şəxslər Ukraynanın işğal olunmuş dörd vilayətinin Rusiyaya “qoşulması” ilə bağlı “referendumlar”ın təşkilindən narazılıqlarını ifadə ediblər. Təhlükəsizlik strukturlarının başçıları həmin “referendumlar”ın təşkilinə xərclənin pulların miqyasından heyrətə gəliblər.

“Meduza” mənbələri Xarişevin mümkün varisi kimi “Rosatom”un regional departamentinin rəhbəri Andrey Polosinin adını çəkib. Vaxtilə Xaricev özü “Rosatom”da eyni vəzifəni tutub, Polosin isə həmin vaxt zaman onun müavini olub.

Saytın qaynaqlarının ifadəsinə görə, Polosinin təyin olunması halında seçkilər zamanı Prezident Administrasiyasının işində “yanğın daha çox olacaq”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR