İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin yaxın adamını “Yandex”in başına gətirdi

Rusiya Hesablama Palatasının rəhbəri, keçmiş maliyyə naziri Aleksey Kudrin “Yandex” rəhbərliyinə gətirilir.

Musavat.com xəbər verir ki, bununla bağlı “Forbes” jurnalının rus versiyası məlumat yayıb.

Xəbərdə Alekdey Kudrinin təsisçi Arkadi Volojun əvəzinə şirkət üzərində nəzarəti ələ keçirdiyi, şirkətin özünün isə iki hissəyə parçalanacağı qeyd olunur. Bu məqsədlə Kudrinə “Yendex”dən dəyəri 300 milyon dollar səhm veriləcək.

“The Bell” portalının məlumatına görə, dünən gecə Aleksey Kudrin Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Orada onun şirkətin bölünməsi sxemini razılaşdırdığı deyilir. Qeyd edək ki, hələ bu ilin sentyabr ayında Rusiyada faliyyəti qadağan olunan “Meduza” saytı, prezident 62 yaşlı Kudrinin dövlət qulluğundan biznesə keçməsini şəxsən özündən istədiyini xəbər etmişdi.

Yeni təsisata görə, “Yandex” Hollandiyada qeydiyyatdan keçmiş şirkət əvəzinə yeni, ehtimal ki, Rusiyaya məxsus ana şirkət tərəfindən idarə olunacaq. Rusiyada biznesina nəzarət Kudrinə və ölkədə qalan menecerlərə veriləcək.

Şirkətin qurucusu Arkadi Voloj isə İsrailə gedib.

Gələn informasiyalara əsasən, Kudrin işinə görə "Yandex"in səhmlərinin təxminən 5 faizini alacaq və ödəniş mərhələlərlə həyata keçiriləcək.

Aleksey Kudrin Putinin çoxdankı tərəfdaşlarından biri sayılır. Onlar birlikdə vaxtilə Sankt-Peterburqun şəhərinin meri Anatoli Sobçakın müavinləri vəzifəsində çalışıblar və demək olar ki, eyni vaxtda Prezident Administrasiyasında işləmək üçün Moskvaya köçüblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR