İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin və Zelenski görüşü Macarıstanda keçirə bilərlər

Reuters agentliyi yüksək vəzifəli Ağ Ev məmuruna istinadən bildirir ki, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenskinin görüşü Macarıstanda keçirilə bilər.

Musavat.com bildirir ki, Macarıstan daha əvvəl Tramp və Putinin görüşü üçün mümkün yerlərdən biri kimi nəzərdən keçirilmişdi və həmin görüş nəticədə Alyaskada baş tutmuşdu.

CNN telekanalının məlumatına görə isə, Macarıstanın Baş naziri Viktor Orban həm ABŞ, həm də Rusiya prezidentlərinə yaxın mövqedədir.

Bundan əlavə, apreldə Macarıstan Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasından çıxacağını elan etmişdi. Məhkəmə isə Putin üçün həbs orderi vermişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR