Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Vladimir Putin və ABŞ prezidenti Donald Trampın görüş proqramı razılaşdırılıb.
Musavat.com xəbər verir ki, görüş əvvəlcə təkbətək, sonra isə nümayəndə heyətləri ilə birgə keçiriləcək.
Görüşdə Rusiya tərəfdən Lavrov, Uşakov, Belousov, Siluanov və Dmitriev iştirak edəcək. Uşakovun sözlərinə görə, görüş 15 avqustda Alyaskadakı Ankoricdə yerli vaxtla saat 23:30-da (Moskva vaxtı ilə 22:30) başlayacaq.
Görüşün yekununda prezidentlər danışıqların nəticələrinə dair birgə mətbuat konfransı keçirəcəklər. Uşakov vurğulayıb ki, əsas müzakirə mövzusu Ukrayna böhranının həll olunması olacaq.
Musavat.com
24 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ