İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Vardanyanın vətandaşlıqdan imitina istəyini TƏMİN ETDİ - SƏNƏD

Vladimir Putin bu gün özünü “dövlət naziri” elan edən Ruben Vardanyanın Rusiya vətəndaşlığından imtinası ilə bağlı petisiyasını təmin edib.

Musavat.com xəbər verir ki, bu barədə sənəd Teleqramın Rusiya seqmentində yayılıb.

Qeyd edək ki, Erməni əsilli rusiyalı milyarder Ruben Vardanyan bir neçə ay öncə Rusiya vətəndaşlığından imtina edərək Qarabağa köçmək qərarına gəlib.

Onun vətəndaşlıqdan imtina etməsinin əsas səbəblərindən biri sərvətini qorumaq, Rusiyaya qarşı sanksiyalarından kənarda qalmaq və Qarabağda mənfur əməllər törətmək istəyidir.

Onu da bildirək ki, “Forbes” 2021-ci ildə Ruben Vardanyanın sərvətini 1 milyard dollar olaraq qiymətləndirib. O, “Troyka Dialoq” investisiya şirkətinin təsisçisi və sabiq sahibidir.

Musavat.com

f929f570-e9e3-4b4a-aa21-305ca4afe597.jpg (89 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR