Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidenti Vladimir Putin martın 13-də Ukraynada müvəqqəti atəşkəs təklifi ilə bağlı daha dəqiq və ətraflı qiymətləndirmələrini verə bilər.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Putin Ukrayna məsələsi ilə bağlı fikirlərini Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşü zamanı Kremldə keçiriləcək mətbuat konfransında bildirə bilər.
O həmçinin qeyd edib ki, "hər şey jurnalistlərin suallarından asılı olacaq".
Qeyd olunub ki, bu gün Rusiya və Belarus prezidentləri arasında iki ölkə arasında əlaqələrin inkişafı və strateji tərəfdaşlıq məsələləri müzakirə olunacaq. Həmçinin əməkdaşlıq perspektivləri də danışıqların mövzusu olacaq.
Musavat.com
14 Mart 2025
13 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ