Onlayn ictimai-siyasi qəzet
Rusiya və Ukrayna arasında tezliklə atəşkəsin əldə olunması üçün daha çox danışıqlara ehtiyac var.
Musavat.com axar.az-a istinadən bildirir ki, bu sözləri Çexiya prezidenti Petr Pavel deyib.
O, Ukraynada atəşkəsin tezliklə əldə olunmasının mümkünlüyünə skeptik yanaşdığını bildirib.
Eyni zamanda o qeyd edib ki, Rusiya kütləvi PUA hücumları ilə Ukrayna xalqının hökumətdən istənilən şəraitdə müharibəni dayandırmasını tələb etməsini təmin etməyə çalışır.
Bununla belə, Çexiya prezidenti Rusiyanın planının baş tutmayacağına inanır.
26 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ