İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin ŞOK XƏBƏRİ açıqladı: Priqojinin cəsədində görün nə tapılıb- VİDEO

Rusiya prezidenti Vladimir Putin rus muzdlu qruplaşması “Vaqner”in lideri Yevgeni Priqojin də daxil olmaqla, ümumilikdə 10 nəfərin həlak olduğu təyyarə qəzasının araşdırılması ilə bağlı açıqlamalar verib.

Musavat.com xəbər verir ki, Putin Rusiyanın Soçi şəhərində keçirilən Valday Forumunda çıxış edib.

"Vaqnerçilərin başına gələnlərlə bağlı hələ də suallar var. İstintaq komitəsinin sədri bu yaxınlarda ölənlərin cəsədlərində qumbara parçaları tapıldığını deyib" - o bildirib.

Putin istintaqda təyyarəyə heç bir xarici hücumun aşkar edilmədiyini bildirib:

"Təəssüf ki, qurbanların qanında spirt və ya narkotik maddə olub-olmadığını müəyyən etmək üçün heç bir müayinə aparılmadı. Baxmayaraq ki, baş verən hadisələrdən sonra FSB Vaqnerin baş ofisində nəinki 10 milyard rubl nağd pul, həm də 5 kiloqram kokain tapıb. Məncə, baxış aparılmalı idi, amma edilmədi".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR