Onlayn ictimai-siyasi qəzet
Hazırda Rusiyanın əmək bazarında işsizlik aşağı səviyyədədir.
Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, bunu ölkə prezidenti Vladimir Putin deyib.
O, hərbi dairələrin komandirləri ilə görüşdə çıxışı zamanı oxşar bəyanatla çıxış edib. Prezident qeyd edib ki, hazırda ölkədə işsizlik minimum səviyyədədir.
Beləliklə, 2024-cü ilin mart ayının sonunda bu göstərici fevralda 2,8 faiz olsa da, 2,7 faizə düşüb. Yəni ay ərzində Rusiyada işsizlik 0,1 faiz azalıb.
Bundan əvvəl İqtisadi İnkişaf Nazirliyinin rəhbəri Maksim Reşetnikov Rusiyada hazırkı işsizliyin səviyyəsini anormal dərəcədə aşağı adlandırıb. Eyni zamanda o qeyd edib ki, Rusiya iqtisadiyyatı belə şəraitdə də inkişaf etməyi bacarır. Onun sözlərinə görə, belə aşağı işsizliklə Rusiya Federasiyasının ÜDM-nin artması daxili əmək bazarının çevikliyindən xəbər verir.
Musavat.com
28 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ