İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Priqojinin ölümünə görə başsağlığı verdi

Rusiya prezidenti Vladimir Putinin dünən Tver əyalətində təyyarə qəzasında həlak olanlarla bağlı başağlığı verib.

Musavat.com TASS-a istinadən xəbər verir ki, Putin ilkin dəlillərin təyyarədə ölənlərin “Vaqner” şirkətinin nümayəndələri olduğunu göstərdiyini bildirib.

Rusiya prezidenti həmçinin qeyd edib ki, hadisənin səbəblərini İstintaq Komitəsi araşdırı və bu araşdırma sonadək aparılacaq.

Xatırladaq ki, Tverdə müəmmalı şəkildə yerə çırpılan Embrar təyyarəsində Vaqnerin sahibi Yevgeni Priqojin və komandiri Dmitriy Utkin də həlak olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR