İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin onu 1 saylı düşmən elan etdi: Krokus terroru boynunda qalan Budanov kimdir? - ŞOK FAKTLAR

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Rusiya ordusu üçün qanuni hədəfə çevrilib.

Bu barədə açıqlamasında FTX-nin (FSB) direktoru Aleksandr Bortnikov bildirib.

“Rusiyaya və Rusiya vətəndaşlarına qarşı cinayət törədənlər qanuni hədəflərdir”, - deyə o, “Krokus” teraktının arxasında Ukrayna və şəxsən Budanovun durduğunu iddia edib.

O, rəsmi Kiyevi terrorçu təşkilat kimi tanımaq haqqında da danışıb: “Bunu etməliyik. Bu, təkcə hesab etmək üçün yox, həm də müvafiq qərarlar qəbul etmək üçün əsasdır”.

Bəs əsas hədəfə çevrilən Budanov kimdir?

budanov.jpg (162 KB)

Musavat.com onunla bağlı məlumatları təqdim edir:

Öncə qeyd edək ki, Rusiya müstəntiqləri ötən il Kirill Budanovu 104 terror aktında iştirakda ittiham ediblər.

Moskvanın Basmannı rayon məhkəməsinin qərarı ilə Budanov Kirill Alekseeviç barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib. Müddət onun Rusiya Federasiyası ərazisinə ekstradisiya edildiyi andan hesablanır. Və ya Rusiya Federasiyasının ərazisində saxlandığı andan. Budanov K.A.Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205-ci maddəsinin 2-ci hissəsinin “a”, “c” bəndlərində nəzərdə tutulmuş 104 cinayət (terror aktı) törətməkdə ittiham olunur. Bu terror aklları bir qrup şəxs tərəfindən törədilmiş və ağır nəticələrə səbəb olmuşdur” , - deyə məhkəmənin mətbuat xidmətindən bildirilib.

Kirill Alekseeviç Budanov 4 yanvar 1986-cı ildə Kiyevdə anadan olub.

Orta məktəbi bitirdikdən sonra Kirill Budanov Odessa Quru Qoşunları İnstitutunda oxuyub, 2007-ci ildə oranı bitirib.

Hərbi universiteti bitirdikdən sonra Kirill Budanov Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlı dəstəsində xidmət etməyə başlayıb və burada müxtəlif vəzifələrdə çalışıb.

2014-cü ilin yazından Kirill Budanov Donbassdakı hərbi münaqişədə iştirak edib. O, bir neçə dəfə yaralanıb.

Hərbi əməliyyatların aktiv mərhələsi başa çatdıqdan sonra Budanov Kiyevə qayıdıb və burada qərargah vəzifələrində çalışıb.

Bundan əlavə, o, müxtəlif əməliyyatlarda iştirak edib. Məsələn, 2016-cı ilin avqustunda Budanov Krımda əməliyyat keçirib. Armyansk şəhərində Ukraynanın təxribat qrupu qismən saxlanılıb, FSB GUR-u terror aktları hazırlamaqda ittiham edib. Daha sonra Ukrayna prezidenti Pyotr Poroşenko yarımadanın ərazisində hərbi kəşfiyyat işlərinin aparılması faktını təsdiqləyib.

Kirill Budanovun gizli fəaliyyəti

2018-ci ildən Budanov xüsusi işdədir, həyatının bu dövrü ilə bağlı məlumatlar məxfiləşdirilir. Amma deputat Andrey Derkaçın dərc olunmuş qeydlərindən məlum olub ki, Krım siyasətçiləri, jurnalistləri və ictimai xadimlərinin sifarişli qətllərini məhz Budanov təşkil edib. Budanovun sifarişli qətllərin planlaşdırılması və təşkilində iştirakını Ukrayna hərbi kəşfiyyatının əsir götürülmüş polkovnik-leytenantı Georgi Abdillayev də təsdiqləyib. O, Budanovun krımlıların qətllərində şəxsən iştirak etdiyini bildirib. Məlumatlara görə bu, onun ifadəsində əksini tapıb (xüsusən də Kiyevin “Strana” nəşri bu barədə məlumat yayıb).

msg586791117-511.jpg (47 KB)

2020-ci ildə Kirill Budanov Ukrayna Xarici Kəşfiyyat Xidmətinin departament direktorunun müavini olub.

Kirill Budanova sui-qəsd

2019-cu ilin aprelində Kiyevdə Dövlət Kəşfiyyat İdarəsinin gələcək rəhbərinin həyatına qəsdə cəhd edilib: partlayıcı qurğu maşının altına yerləşdirilib. Budanov minanın vaxtından əvvəl partlaması nəticəsində ölümdən xilas olub.

Kirill Budanov Baş Kəşfiyyat İdarəsinin rəisi təyin edilib

2020-ci il avqustun 5-də Ukrayna prezidenti Vladimir Zelenski polkovnik Budanovu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi təyin edib. Budanov bu postda Vasili Burbanı əvəzləyib.

1701774065869956884656f02f131143.jpg (115 KB)

Mənbələrdə yazılır ki, Budanovun sürətli karyera yüksəlişinin şərti onun Zelenskiyə verdiyi vəd olub. Bu vəd ondan ibarət olub ki, Budanov Ukrayna siyasətinin yüksək eşelonlarında Rusiyanın nüfuzuna son qoyacaqdı.

Mənbələrdə qeyd olunub ki,  “cəllad” reputasiyası ilə Budanovu belə bir vəzifəyə təyin etməklə, Zelenski əslində, hakimiyyətdən bərk yapışmaq və eyni zamanda əsas rəqibi Medvedçuku aradan götürmək üçün son şansdan istifadə edib.

3 aprel 2022-ci ildə Budanova general-mayor hərbi rütbəsi verilib.

Ukrayna mediasının qeyd etdiyi kimi, Budanov məqsədyönlü şəkildə sovet kəşfiyyat məktəbindən imtina edir və ABŞ və Avropanın kəşfiyyat xidmətləri ilə əməkdaşlığı inkişaf etdirərək Qərb təcrübəsini təqdim edir. Kirill Budanovun Ukraynadakı yeni vəzifəsində göstərdiyi xidmətlərin hərbi kəşfiyyat strukturunda inkişafa mane olan iyerarxik maneələrin silinməsi olduğu deyilir.

Krım körpüsündə terror aktı

krim.jpg (103 KB)

2022-ci ilin oktyabrında FSB-nin mətbuat xidməti Krım körpüsündə terror aktının təşkilində və həyata keçirilməsində əli olan şəxslərin müəyyən edildiyini bildirib. Bu hücumun təşkilatçısı birbaşa Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanov olduğu bildirilib. Həmçinin terror aktının hazırlanmasında iştirak edən 12 nəfər müəyyən edilib, onlardan 8-i saxlanılıb: onların beşi Rusiya, həmçinin Ukrayna və Ermənistan vətəndaşlarıdır.

Kirill Budanovun şəxsi həyatı

Baş Kəşfiyyat İdarəsinin rəisi Marianna Budanova ilə evlidir. Xanımı 3 avqust 1993-cü ildə Kiyev vilayətinin Stavişe kəndində anadan olub. Psixologiya təhsili var. 2020-ci ildə Marianna Kiyev Şəhər Şurasına namizəd olub. O, Vitali Kliçkonun “UDAR” partiyasından namizəd olub.

Lakin seçkinin nəticələrinə görə, o, paytaxtın şəhər şurasına üzv ola bilməyib. Amma Kiyev meri Budanovanı özünə müşavir edib. O, könüllülük əsasında gənclər siyasəti və idman sahəsində korrupsiyaya qarşı mübarizə məsələləri ilə məşğul olur.

Budanovun həyat yoldaşı sui-qəsd cəhdlərindən qorxduğunu bildirir. Bu cəhdlərlə bir neçə dəfə qarşı-qarşıya da qalıb. Məsələn, 2023-cü ildə onun zəhərləndiyi bildirilir. Onun sosial şəbəkələrdə hesabları da yoxdur.

Marianna dindardır, Moskva Patriarxlığının UOC-nin yurisdiksiyasında olan Şəfaət Monastırını ziyarət edib və buna görə Rusiya xüsusi xidmət orqanlarına işləməkdə ittiham edilib.

Bu ilin fevral ayında Ukrayna Prezidenti Vladimir Zelenski Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanova Ukrayna Qəhrəmanı adını verib.

Qafar Səfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR