İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin ona “Vaqner”i diriltməyi tapşırdı: Ukraynada planlar alt-üst olur  

Rusiya prezidenti Vladimir Putin “Vaqner” qrupunun keçmiş qərargah rəisi, istefada olan polkovnik Andrey Troşevə könüllü dəstələr yaratmağa başlamağı tapşırıb.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, Putin Troşevi müdafiə nazirinin döyüş hazırlığı məsələləri üzrə müavini Yunus Bek Yevkurovla birlikdə qəbul edib: “Son görüşdə biz sizin müxtəlif döyüş tapşırıqlarını yerinə yetirə bilən, ilk növbədə, təbii ki, xüsusi hərbi əməliyyat zonasında könüllü birləşmələrin formalaşdırılması ilə məşğul olacağınız barədə danışdıq. Siz özünüz belə bir bölmədə bir ildən çox vuruşmusunuz. Bunun nə olduğunu, necə edildiyini bilirsiniz, döyüş işlərinin ən yaxşı və ən uğurlu şəkildə getməsi üçün əvvəlcədən həll edilməli olan məsələlərdən xəbərdarsınız".

Bundan əlavə, o, xüsusi hərbi əməliyyat iştirakçılarına sosial dəstək məsələlərinin müzakirəsini təklif edib: “Mən dəfələrlə demişəm və bir daha vurğulamaq istəyirəm: döyüş tapşırığını yerinə yetirən və ya yerinə yetirmiş şəxsin statusundan asılı olmayaraq, sosial təminatlar hamı üçün tamamilə eyni olmalıdır. Vətən üçün heç bir fərqi yoxdur, insan hansı statusda döyüşüb və vətəni müdafiə edib”.

Prezident “Vaqner”in dirçəldilməsi sahəsində işlərin Yevkurov tərəfindən əlaqələndiriləcəyini bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR