Onlayn ictimai-siyasi qəzet
Rusiya Prezidenti Vladimir Putin İsrailin İrana endirdiyi zərbələr fonunda İran prezidenti Məsud Pezeşkian və İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefonla danışıb.
Musavat.com-un məlumatına görə, Kreml bildirib ki, Putin Pezeşkiana və İran xalqına başsağlığı verib. O, İsrailin zərbələri nəticəsində, o cümlədən mülki şəxslər arasında insan tələfatına görə dərin hüznlə başsağlığı ifadə edib.
Netanyahu ilə söhbətdə isə Putin Rusiyanın BMT Nizamnaməsini və beynəlxalq hüququ pozan İsrailin hərəkətlərini pislədiyini vurğulayıb.
Rusiya Prezidenti, həmçinin Moskvanın İsrail-İran münaqişəsində vasitəçilik etməyə hazır olduğunu bildirib.
Musavat.com
14 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ