Onlayn ictimai-siyasi qəzet
Rusiya Prezidenti Vladimir Putin Novruz bayramı münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.
Musavat.com xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Novruz - bahar bayramı münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Rusiya-Azərbaycan münasibətləri tərəfdaşlıq və müttəfiqlik ruhunda uğurla inkişaf edir. Əminəm ki, biz birgə səylərlə gələcəkdə də dost xalqlarımızın rifahı naminə, Cənubi Qafqazda və Xəzərdə təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi maraqlarına uyğun olaraq qarşılıqlı faydalı ikitərəfli əlaqələri fəal şəkildə gücləndirəcəyik.
Hörmətli İlham Heydər oğlu, bu əziz bayram günündə Sizə ürəkdən möhkəm cansağlığı və uğurlar, Azərbaycanın bütün vətəndaşlarına isə xoşbəxtlik və tərəqqi arzulayıram".
22 Mart 2025
21 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ