İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin İlham Əliyevə MƏKTUB GÖNDƏRDİ – Rusiyanın Azərbaycanla bağlı ŞOK PLANI

Rusiyanın “İzvestiya” qəzeti Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyanla müsahibə dərc edib.

Müsahibədə Rusiyanın 90-cı illərdə ermənilərə göstərdiyi hərbi dəstək açıq şəkildə vurğulanır, “İzvestiya”nın jurnalisti dəfələrlə Qarabağı “arsax” adlandırır.

Karapetyanın “əgər Ermənistan Azərbaycana qarşı dirəniş göstərməzsə, Rusiyanın dəstəyindən məhrum olacaq” kimi fikirləri isə əlbəttə ki, təsadüfi deyil.

Diqqətçəkən məqamlardan biri də odur ki, bu fikirləri son çıxışlarında Rusiyanın “bir nömrəli agenti” sayılan Robert Köçəryan da səsləndirib. O da açıq şəkildə Rusiya-Ermənistan birliyini Azərbaycana qarşı yeni mərhələyə daşımaq istədiklərini bəyan edir.

Rusiyanın Ermənistan üzərindən Azərbaycana qarşı apardığı siyasətin əsas məqsədi nədir?

Rusiyanın Ermənistanı yenidən silahlandırması və informasiya dəstəyi verməsi bölgədə yeni müharibənin başlanğıcı ola bilərmi?
Rusiya dəstəkli Ermənistan üçün yeni müharibə nə deməkdir?

Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevə təbrik məktubu göndərib. Məktubda deyilir:
“Hörmətli İlham Heydər oğlu.

Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Ölkəniz sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyir, beynəlxalq arenada artan nüfuza malikdir.

Rusiya-Azərbaycan münasibətləri dostluq, müttəfiqlik xarakteri daşıyır. Əminəm ki, konstruktiv ikitərəfli əməkdaşlığın, beynəlxalq məsələlərdə tərəfdaşlıq üzrə qarşılıqlı fəaliyyətin bundan sonra da birgə səylərlə gücləndirilməsini təmin edə biləcəyik. Bu, xalqlarımızın maraqlarına tamamilə uyğundur – Cənubi Qafqazda və Xəzər regionunda təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi məcrasında davam edir.

Hörmətli İlham Heydər oğlu, Sizə cansağlığı və uğurlar, Azərbaycan Respublikasının bütün vətəndaşlarına isə sülh və tərəqqi arzulayıram”.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız hərbi ekspert Tərlan Eyvazovdur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 May 2025

BÜTÜN XƏBƏRLƏR