İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin: "Çubays niyə qaçıb gizlənib, anlamıram"

Rusiya prezidenti Vladimir Putin Anatoli Çubaysın nəyə görə “qaçıb gizləndiyini” anlamadığını bildirib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Putin bu qaçışın Çubaysin əvvəllər rəhbərlik etdiyi “Rusnano” şirkətində maliyyə maxinasiyası ilə bağlı yaranan cinayət işlərinin qorxusu ilə bağlı ola biləcəyini deyib.

“Nə işdirsə, natoli Borisoviç orada gizlənir. Mənə İnternetdən böyük fotoşəkillər göstərdilər, burada o, artıq Anatoli Borisoviç Çubays deyil, Maşa İzraileviçdir. O, niyə belə edir? Başa düşmürəm, niyə qaçıb? Orada, görürsünüz, bu, həm də ona görə ola bilər ki, onun uzun illər rəhbərlik etdiyi nanotexnologiya strukturunda mürəkkəb proseslər gedir və orada böyük bir maliyyə dəliyi, böyük rəqəmlər var”, - Putin bildirib..

“Amma şükür Allaha, orada nə cinayət işi, nə də təqiblər var. Ola bilsin ki, bu, onunla bağlıdır ki, o, son nəticədə bütün bunların hansısa cinayət işlərinin yaranmasına səbəb olacağından ehtiyat edir. Buna görə də o, İsraildə hətta qeyri-leqal fəaliyyətə keçib. Bu, onun nəyinə lazımdır, düzü, başa düşə bilmirəm”, - deyə dövlət başçısı davam edib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR