İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin “çökməmişik, yeni başlayırıq” dedi - qarşılığı nə olacaq...

Rusiya lideri bəyan edib ki, Ukraynada heç nə itirməmişik və itirməyəcəyik, əsas qazancımız suverenliyimizin möhkəmlənməsidir; Qərb koalisiyası daha nələrə əl atacaq...

Rusiya-Ukrayna müharibəsinin gedişatını, nəticələri təhlil edən əksər ekspertlərin fikrincə, Rusiya qalib çıxa bilməyəcək, əksinə, çökəcək, sanksiyalara tab gətirə bilməyəcək. Təbii, Ukraynanın da qalib olmaq şansları yoxdur, bu savaşın qalibi olmayacaq, ancaq Rusiyanın bu prosesdə qazanmayacağını düşünənlər daha çoxdur. Əsas rəylər bundan ibarətdir ki, Rusiya iqtisadiyyatı çöküb, rus ordusunun xarizması yerlə bir olub, sanksiyaların təsiri özünü göstərdikcə Rusiya peşmanlığını ifadə edəcək.

“Yeni Müsavat” yazır ki, Rusiya prezidenti Vladimir Putin isə dünyaya meydan oxuyan bəyanatları ilə proqnozları alt-üst etməyə çalışdı. Kreml rəhbəri Şərqi İqtisadi Forumun Vladivostokdakı plenar iclasında danışarkən ölkəsinin Ukraynada müharibəyə başlamasından heç nə itirmədiyini açıqladı. Sitat: “Ukraynada xüsusi hərbi əməliyyata başlamaqla heç nə itirməmişik və heç nə itirməyəcəyik. Əsas qazancımız suverenliyimizin möhkəmlənməsidir. Bəli, müəyyən qütbləşmə var, amma mən inanıram ki, həm dünyada, həm də ölkə daxilində bu, yalnız faydalıdır. Çünki lazımsız, zərərli və irəli getməyimizə mane olan hər şey rədd ediləcək, biz sürət, inkişaf tempi yığmağa başlayacağıq, çünki müasir inkişaf yalnız suverenliyə əsaslana bilər. Bu istiqamətdə atdığımız bütün addımlar suverenliyin möhkəmləndirilməsinə yönəlib. Və ikinci və ən vacib. Bunu bir daha vurğulamaq istəyirəm. Tez-tez səslənir. Biz hərbi əməliyyatlar nöqteyi-nəzərindən heç nəyə başlamamışıq, ancaq başa çatdırmağa çalışırıq”.

Russian roulette in Ukraine: Is Vladimir Putin powerful, or just lucky?

Vladimir Putin

Rusiya-Ukrayna müharibəsində mühüm bir detal da var. Bunu Ukraynanın tanınmış jurnalisti Qordon açıqlayıb. Onun təsbit etdiyinə görə, Rusiya ordusu Ukraynaya Moskva və Sankt-Peterburq vilayətlərində yaşayan rusları yollamır. Oraya yalnız federasiya subyektlərində və ucqarlarda yaşayanlar, bir də muzdlu könüllülər göndərilir. Bu sirli qərarın səbəbi nədir? Görünür, qeyri-rusları, xüsusən buryatları, çeçenləri Ukraynada qırdıran Rusiya hakimiyyəti bununla həm demoqrafik vəziyyətlə bağlı müəyyən siyasət aparır, həmçinin mərkəzlərdə yaşayan rusları narazı salmamağa, evlərə minlərlə tabutun gəlməməsinə çalışır. Putinin açıqlamasından çıxan nəticə budur ki, Rusiya “xüsusi əməliyyat” adlandırdığı prosesi başa çatdırmaqda israrlıdır. Faktiki olaraq Putin qətiyyən peşman kimi görünmür. Bir növ “çökməmişik, yeni başlayırıq” mesajını verir. Bəs bunun qarşılığı nə olacaq? Kollektiv Qərb daha nələrə əl ata bilər?

Qabil Hüseynli: “Paşinyan vahimə içindədir”

Qabil Hüseynli

Professor Qabil Hüseynli “Yeni Müsavat”a qeyd etdi ki, Putinin açıqlaması ruh düşkünlüyünün, siyasi-iqtisadi çöküşün ilkin simptomları kimi qiymətləndirilməlidir. Onun sözlərinə görə, indiyə qədər Solovyov, Simonyan, Medvedyev və digərləri hücumçu xarakterdə, qeyri-adi tonda danışırdı, qarşı tərəfi heçə saymaq yanaşmaları mövcud idi: “Lakin ilk dəfə idi ki, Putinin sönük, ”heç nə itirməmişik" deməklə, əslində “çox şeyi itirmişik” etirafını hiss etdik. Bu bir təbliğatdır. Sovet doqmasından çıxan və Rusiyada daha ifrat forma alan təbliğat növüdür. Ona görə təcrübəli politoloqlar söylənənlərin sətiraltı mənasını dərhal başa düşürlər. Elə bil ki, Putin son nəfəsdə olduğunu duyaraq ümidsiz formada cari və gələcək vəziyyətlə bağlı reallıqdan uzaq fikirlər səsləndirirdi. Yəqin ki, Rusiyanın bu cür halı heç zaman olmamışdı və ciddi tədqiqatçılar Putinin çıxışında bədbinlik, dövlətin gələcəyi üçün qayğıların olduğunu sezirlər. Zənnimcə, Rusiya lideri vəziyyətə uyğun danışsa da, müəyyən həqiqətləri üstüörtülü etiraf etmiş oldu".

Pənah Hüseyn koronavirusa yoluxub

Vaqif Hüseyn

Siyasi ekspert Vaqif Hüseyn hesab edir ki, Putinin forumdakı çıxışı normaldır: “Nə deməliydi? Deməliydi ki, vəziyyət pisdir? O, dövlət başçısıdır, Ukraynada ordusu döyüşür, indi xalq birinci şəxsin dodağından hansı sözün  çıxacağına baxır, o da ağır şəraitlə qarşılaşdıqlarını deməyəcəkdi. Heç bir lider bunu deməz və başadüşüləndir. Hər halda, Putin Baxmutda rus ordusunun irəliləyə bilmədiyini, Xarkovda mühasirəyə düşmək təhlükəsi yarandığını etiraf edə bilməzdi. Ona görə bu çıxışı normaldır və ordusuna ruh vermək məqsədi daşıyır”. Siyasi təhlilçi Ramiyə Məmmədova Rusiyanın çox şey itirdiyini düşünür: “Əvvəla strateji olaraq məğlub olub və Qərblə əlaqələrini itirib. İkincisi, qazandığı tək şey işğalçı imicidir və şəhərləri raketlərlə vuran bir ordu adı əldə edib. Yüzlərlə uşağın ölümünə səbəb olub və ”vur" əmrini verən Putindir. Rusiya necə itirməyib? Yeddi aydır gedən müharibədə minlərlə canlı qüvvəsini, hərbi texnikasını itirib. Bəli, Rusiya üçün bunun əhəmiyyəti olmaya bilər, amma ilk dəfə bir savaşda bu qədər itkisi var. Putin demək istəyir ki, məcbur qalaraq bu əməliyyata başlamışıq və məqsəd dövlətin təhlükəsizliyini qorumaqdır, NATO-nun şərqə doğru genişlənməsini qabaqlamaqdır. Ola bilsin ki, buna müəyyən qədər nail ola biliblər, amma itkilər dəhşətlidir, döyüş meydanında uğur isə irimiqyaslı deyil, ABŞ-Böyük Britaniya bloku Rusiyanı Ukrayna bataqlığında bitirmək niyyətindədir. Yəni müharibəni Putin başladı, amma onun başa çatdırmasına imkan verməyəcəklər. O baxımdan Putinin forumda verdiyi bəyanatı daha çox özünü məğrur göstərməyə hesablanmışdı".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR