İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin: "Borrell dildən pərgardır, bu sahədə böyük mütəxəssisdir"

Rusiya prezidenti Vladimir Putin Avropa diplomatiyasının rəhbəri Xosep Borrelin anti-Rusiya bəyanatlarını şərh edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə o, VII Şərq İqtisadi Forumunun plenar iclasında danışıb.

Putin Borrelin reallıqla üzləşməli və düzgün nəticə çıxarmalı oldğunu söyləyib.

Avropa rəsmisinin Rusiya ilə bağlı sərt açıqlamalarına Putin bu sözlərlə reaksiya verib: “O, dildən pərgardır, bu sahədə böyük mütəxəssisdir”.

Rusiya Federasiyası prezidenti Avropa diplomatiyasının rəhbərinin Rusiyanı döyüş meydanında məğlub etmək çağırışlarına təəccüblə yanaşdığını bildirib. “O, hansısa ölkənin müdafiə naziri olsaydı, bu ritorikanı başa düşmək olardı, lakin diplomatik idarənin rəhbərindən bu sözləri eşitmək qəribədir”, - deyə RF prezidenti bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR