Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə bağlı daha bir sensasion açıqlama verib.
Musavat.com xəbər verir ki, Tramp NBC News-a müsahibəsində bildirib ki, Avropa liderləri dəfələrlə ondan Putinlə əlaqə yaratmasını istəyiblər, çünki Rusiya lideri onların zənglərinə heç vaxt cavab vermir.
“Avropa İttifaqı liderləri məndən xahiş edirdilər ki, Putinə zəng edim, çünki o, onların zənglərinə cavab vermirdi. Heç kimlə danışmır Avropada. Heç birinə geri də zəng etməyib,” – deyə Tramp bildirib.
ABŞ Prezidenti həmçinin iddia edib ki, Rusiya Prezidenti ilə son 3 ildə ABŞ Prezidenti Co Bayden heç bir dəfə belə telefon əlaqəsi qurmayıb:
“Mən Putinə sual verdim ki, bu 3 il ərzində Bayden sənə zəng edibmi? O dedi ki, heç vaxt zəng etməyib”.
Musavat.com
05 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ