İnsanlara hürriyət, millətlərə istiqlal!

"Pul əlindəki çantada idi, dedim ki..." - Elnarənin atasının qətli ilə bağlı yeni detallar

Bakınının Sabunçu rayonunda modelyer Elnarə Bəkirovanın atası Kamran Bəkirovu öldürməkdə təqsirli bilinən Mustafa Zeynalov vəNamiq Əliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirlən şəxs Mustafa Zeynalovun istintaq zamanı verdiyi ifadələr elan olunub.

İfadənin elan olunmasına səbəb Mustafa Zeynalovun məhkəmədə verdiyi ifadəsi ilə istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyətlərin olmasıdır.

Mustafa Zeynalov istintaq zamanı verdiyi ifadəsində qətl hadisənin Namiq Əliyev tərəfindən törədildiyini deyib: "Kamranla maşında Nardaran istiqamətinə gedirdik. Dedi ki, pulu gətirib. Pul əlindəki çantada idi. Dedim ki, pulu ver, dedi ki, göstərməyə gətirmişəm. Maşını mən sürürdüm. Kamran yanımda, Namiq isə arxada oturmuşdu. Namiq əsəbləşdi. Maşında Kamranın başının arxasına şampan butulkası ilə vurdu. Maşını saxladım. Kamranla Namiq maşından düşdü. Namiq Kamrana vurmağa başladı. Maşından butulkanı götürüb Kamranın alnından vurdu. Sonra yıxıldı, gördük ki, ölüb. Yaxınlıqda quyuya üstünə daş qoyub atdıq. Namiqlə mənim Kamranı öldürmək barədə planımız olmayıb. Hadisə hardasa yarım saar çəkdi ".

Mustafa Zeynalov sərbəst ifadəsi zamanı bu sözləri demədiyini bildirib. Prokuror Mustafa Zeynalova niyə ifadəni oxumadan imzaladığını soruşub. Təqsirləndirlilən şəxs belə cavab verib: "Müstəntiqə güvəndim deyə ifadəmi oxumadım. Birbaşa imzaladım".

Daha sonra Mustafa Zeynalovun təqsirləndirilən şəxs kimi istintaqa verdiyi ifadə elan edilib. O, həmin ifadəsində deyib: "Kamranı Solmaz adlı xanıma görə tanımışam. Kamran dedi ki, bir iş var, gəl birlikdə gedək, ikimiz də pul qazanaq. Xaricdən 10 milyon dollar pul gəlməlidi idi. Biz o pulu aşağı faizlə nağdaşdırmalıydıq. Məni tanımadığım başqa miılətdən olan iki nəfərlə tanış etdi. Birinin adı Viktor idi. Kamranda Viktorun 200 min pulu vardı. Kamran mənə də puk verməli idi. Ondan pul istəyəndə fırladırdı. Aramız dəydi. Bir neçə dəfə Namiq, Kamran və mən üçümüz görüşdük. Kamran deyirdi ki, pulu verəcəm. Bir dəfə Kamran mənə dedi ki, 200 min varımdı. Ancaq başqa işə görə lazımdır. O pulu gətirib göstərə bilərəm. Namiq Nardaranda bağ almaq istəyirdi. Görüşəndə ona görə Namiqin bağ almaq istədiyu yerə tərəf sürdüm. Axırıncı dəfə görüşəndə Namiqə dedim Kamran pulla gələcək. Sonra Namiqlə Kamran dalaşdı. Namiq Kamranı vurdu. Sonra pulu götürdüm. 121 min manatı Namiqə verdim. Öz bağıma gəldim. Hadisə zamanı paltarım patmışdı deyə dəyişdirdim".

Daha sonra prokuror Mustafa Zeynalovunistintaq zamanı verdiyi ifadələrdə ziddiyyət təşkil etdiyini deyib.

Mustafa Zeynalov başqa bir ifadəsində isə Kamran Bəkirovu öldürdüyünü etiraf edib:"Bir dəfə Kamran mənə dedi ki, Viktor bağ almaq istəyir. Dedi ki, ancaq sənədləri tam olsun. Mən də bu barədə Namiqə dedim. Namiq 70 minə bağ tapdı.Kamrana dedi ki, 70 mindi bağ sən Viktora 130 min de. Kamran Viktora bağın qiymətini 130 min dedi. Viktorla Gənclikdə görüşdük. Məndən 200 mini istədi. Dedi fərq etmir ya Kamran ya da sən verməlisən. Kamrana zəng elədim ki, gəl görüşək. Telefonda Kamran dedi ki,gəl Viktoru öldürək. Sonra onu görüşə çağırdım. Mənə pulu olduğunu və mənə göstərə biləcəyini dedi. Mən də o gələndə başını aldadıb pulu almaq istəyirdim. Pulu alıb Viktora verməyi planladım. Kamranı Maştağadan götürdüm. Görüşə Namiqin gəldiyi maşınla getdik. Namiq telefonla danışırdı. Kamranla mən qabaqda, Namiq arxada oturmuşdu. Kamrana dedim, pulu Viktora verək borcumuzu bağlayaq. O dedi vermək istəmirəm. Məni söydü. Mən də onu söydüm. Mənə dedi ki, düş aşağı səni öldürəcəm. Mənə əl qol atdı. Maşından düşəndə mənim başıma daşla vurdu. Mən də maşında özümü qorumaq üçün şampan butulkasını götürdüm. Alnına iki dəfə sərt vurdum. Yerə yıxalnda başı birinci kubikə dəydi. Sonra da çay daşına dəydi. Sonra gözlüyümü ağzına tutdum. Gördüm yaşamır. Namiqə dedim kömək elə aldığımız bağ evinin həyətinə aparaq. O pis oldu. Kamranı quyuya tək başına atdım. İstintaqda verdiyim digər ifadələrdə Kamranı Namiqin vurduğunu demişdim. Ancaq yalan demişəm. Bütün hadisəni mən etmişəm".

Növbəti məhkəmə proses martın 7-də davam edəcək.

İttihama görə, Nardaran qəsəbəsi, Ləhic bağları yaşayış massivində 1954-cü il təvəllüdlü Kamran Bəkirov qətlə yetirilib.

İstintaq sənədlərinə görə, bu ilin aprelin 6-da paytaxtın Sabunçu rayonunda fərdi əmək fəaliyyəti ilə məşğul olan 1954-cü il təvəllüdlü Kamran Bəkirovun üzərində olan 300 min manatla itkin düşməsi barədə polisə məlumat daxil olub.

Polis tərəfindən keçirilən əməliyyat-axtarıştədbirləri nəticəsində həmin şəxsin öldürülməsi və meyitinin gizlədilməsi məlum olub.

Davam etdirilən təxirəsalınmaz tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinənlər - əvvələr məhkum olunan 1953-cü il təvəllüdlü Mustafa Zeynalov, 1984-cü il təvəllüdlü Namiq Əliyev saxlanılıb.

İstintaqla Mustafa Zeynalov və qohumu Namiq Əliyevin cinayət əlaqəsinə girərək üzərində olan külli miqdarda pul vəsaitini ələ keçirmək məqsədilə Kamran Bəkirovu xüsusi amansızlıqla qəsdən öldürmələri, daha sonra cinayətin izlərini gizlətmək məqsədilə meyiti su quyusuna atmaları və həmin pulu ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Mustafa Zeynalov və Namiq Əliyevə Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.6, 120.2.11 (bir qrup şəxs tərəfindən başqa cinayəti gizlətmək və quldurluqla əlaqədar xüsusi amansızlıqla adam öldürmə), 181.3.2 və 181.3.3-cü (külli miqdarda əmlak əldə etmək və zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddələrilə ittiham elan edilib.

Qeyd edək ki, qətlə yetirilən 69 yaşlı Kamran Bəkirov biznesmen olub. O, rəssam-modelyer Elnarə Bəkirovanın atasıdır./Teleqraf.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR