İnsanlara hürriyət, millətlərə istiqlal!

Priqojinin Afrikadakı biznesinə bu şəxs rəhbərlik edir - FOTO

Yevgeni Priqojinin Mərkəzi Afrika Respublikasındakı qrupuna və biznesinə yerli “Rus Evi”nin rəhbəri Dmitri Sıtı rəhbərlik edir.

Musavat.com xəbər verir ki, bu barədə “The New York Times” (NYT) məlumat yayıb.

Qeyd olunub ki, Sıtı “Vaqner” qrupunun Mərkəzi Afrika Respublikasındakı qızıl, almaz və taxta-şalban biznesinə nəzarət edir.

Nəşr yazır ki, onun Priqojinin biznesindəki rolu qısamüddətli olmaya bilər.

2023-cü ilin fevralında “Financial Times” mənbələrə istinadən yazıb ki, keçmiş "Vaqner" rəhəbrinin nəzarətində olan şirkətlər Afrika və Yaxın Şərqdəki biznesdən son illərdə 250 milyon dollardan çox gəlir əldə edib.

Məlumata görə, Priqojin son illərdə Liviya, Mali və Mərkəzi Afrika Respublikası hökumətləri ilə qarşılıqlı əlaqədə olub. 

Qeyd olunub ki, o, ölümündən bir müddət əvvəl Belarusa köçmək istəməyən döyüşçüləri MAR-da yerləşdirməyi planlaşdırırdı.

Xatırladaq ki, “Vaqner” qrupunun keçmiş rəhbəri Yevgeni Priqojin 2023-cü il avqustun 23-də Tver vilayətində "Embraer Legacy 600" biznes-jetinin qəzaya uğraması nəticəsində dünyasını dəyişib. O, avqustun 29-da Sankt-Peterburqda dəfn edilib. 

yyr9nkd - Imgur.png (562 KB)

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR