İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşları qəzaya düşdülər: ÖLƏN VAR

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları qəzaya düşüblər.

Musavat.com "Qafqazinfo"ya istinadən məlumat verir ki, hadisə Ağdam-Füzuli yolunda baş verib.

Belə ki, Svetlana Məmmədova və Rafet Fərzəliyev xidməti vəzifələrini yerinə yetirərkən Ağdam-Füzuli yolunda avtomobil qəzasına uğrayıblar.

Svetlana Məmmədova hadisə yerində dünyasını dəyişib, Rafet Fərzəliyev isə xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Mart 2025

06 Mart 2025

BÜTÜN XƏBƏRLƏR