İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentin köməkçisi gömrük daxilolmalarından DANIŞDI

"Son illər Azərbaycanda gömrük daxilolmaları dövlət büdcəsinin qeyri-neft gəlirlərinin 35%-nə bərabər olub".

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə Bakıda keçirilən "Gömrük-Biznes Forumu 2023"də çıxış edərkən deyib.

O qeyd edib ki, xarici ticarətin artması büdcəyə gömrük daxilolmalarının da artmasına səbəb olub:

"Burada gömrük orqanlarının fəaliyyətində çevik, müasir, şəffaf idarəçilik metodlarını da qeyd etmək yerinə düşər. Gömrük nəzarətinin təkmilləşdirilməsi, ticarətin asanlaşdırılması, "kölgə iqtisadiyyatı"nın aradan qaldırılması, sabit, avtomatlaşdırılmış və vətəndaş məmnunluğunu təmin edən xidmətlərin təşkili sayəsində həyata keçirilən genişmiqyaslı tədbirlər xüsusi yer tutur".

Ş.Mövsümov çıxışında onu da bildirib ki, son 3 ildə qlobal geosiyasi vəziyyətin mürəkkəbləşməsi və bunun nəticəsində qlobal əmtəə bazarlarında yaranan qeyri-müəyyənlik şəraitində milli iqtisadiyyatımız üçün yeni imkanlar və çağırışlar yaranıb:

"Qlobal ticarət sistemini parçalamaq təhlükəsi yaradan geosiyasi gərginliklər Azərbaycan üçün narahatlıq doğurur. Bunu nəzərə alaraq Prezident İlham Əliyev tərəfindən qəbul edilmiş sosial-iqtisadi inkişaf strategiyasının mühüm istiqamətlərindən biri iqtisadiyyatın rəqabət qabiliyyətinin təmini, ixracyönümlü iqtisadi modelə keçidin reallaşdırılması, yüksək texnoloji tutumlu məhsulların istehsalının təşkil edilməsi və qlobal dəyər zəncirində xüsusi paya malik olmaqdan ibarətdir”.

Xalidə Gəray
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR