İnsanlara hürriyət, millətlərə istiqlal!

Premyer Liqa: "Qarabağ" "Səbail"i böyük hesabla məğlub edib

"Qarabağ" Misli Premyer Liqasının XXII turunun bağlanış oyununda "Səbail"i böyük hesabla məğlub edib.

"Report"un məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda rəqibini 5:0 hesabı ilə üstələyib.

Ağdam təmsilçisinin heyətində Yassin Benzia (76), Leandro Andrade (80, 85), Kadi Borges (88) və Nəriman Axundzadə (90+3) fərqlənib.

"Köhlən atlar" 53 xalla liderdir. Bakı klubu 16 xalla sonuncu - 10-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Şamaxı" evdə "Sumqayıt"ı (1:0), "Sabah" isə "Turan Tovuz"u (2:1) məğlub edib. "Neftçi" səfərdə "Zirə"dən üstün olubsa (2:1), "Araz-Naxçıvan" - "Kəpəz" görüşündə hesab açılmayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Fevral 2025

11 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR