İnsanlara hürriyət, millətlərə istiqlal!

Pravoslav Kilsəsi istədi, Rusiya Mədəniyyət nazirliyi serialın lisenziyasını ləğv etdi

Rusiyanın Mədəniyyət Nazirliyi “Lunapark” kinoşirkəti tərəfindən istehsal olunan, Aleksandr Moloçnikovun və Anastasiya İvleyevanın baş rolda oynadığı “Monastr” dram serialının icarə lisenziyasını geri çağırıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, buna səbəb olaraq dindarların hisslərinin təhqir edilməsi göstərilib.

Rus Pravoslav Kilsəsinə görə, filmin ssenarisi monastırlardakı rahibələrin həyatının təhrif olunmuş mənzərəsini verir və nəticədə rus pravoslavlığı haqqında yanlış təsəvvür yaradır.

Süjetə görə, serialın baş qəhrəmanı Mariya Rusiyanın şimalındakı pravoslav monastırında quldurlardan gizlənir.

Serialda İvleyevadan başqa Filipp Yankovski, Mark Eydelşteyn, Mariya Mironova və başqaları oynayıb.
Noyabrın 19-da “Kinopoisk”də yayımlanan “Monastr”ın ilk bölümü ilk gündə 250 min baxış toplayıb. Bu, Rusiyada onlayn kino tarixində rekord göstəricidir.

Rusiyada dindarların hisslərini təhqir etmək cinayət sayılır və onu törədənləri 3 ilə qədər həbs cəzası gözləyir.

Xatırladaq ki, Rus Pravoslav Kilsəsi Rusiyanın Ukraynada apardığı təcavüzkar və işğalçı müharibənin qızğın təbliğatçılarından sayılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR